“Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində 18 məktəbdə görüş keçirildi - Foto

narkomaniyaya-yox-deyek-layihesi-cercivesinde-18-mektebde-gorus-kecirildi
Oxunma sayı: 32

“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyi “Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində 18 məktəbdə görüşlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, birliyin sədri, tanınmış bloger Nail Kəmərli görüşlərin paytaxt məktəblərini və bölgələrdəki təhsil ocaqlarını əhatə etdiyini bildirib.

O qeyd edib ki, müvafiq olaraq Lənkəran rayonunda 2, Şirvan şəhərində 2, Sumqayıtda 4, paytaxtın Binəqədi, Qaradağ, Səbail, Xətai və Xəzər rayonlarının hər birində isə 2 məktəbdə bu görüşlər təşkil edilib.

N.Kəmərli əlavə edib ki, görüşlərdə narkotik asılılığındna əziyyət çəkmiş və hazırda sağalaraq normal həyata qayıtmış şəxslər də iştirak edib:

“Biz məktəblərdə keçirdiyimiz tədbirlərdə yeniyetmə və gənclərin narkotik vasitələrə qarşı maarifləndirilməsi üçün müxtəlif vasitələrdən istifadə edirik. Bu məqsədlə hazırladığımız sosial çarxlar və filmlər məktəblərdə nümayiş etdirilib, eləcə də psixoloqların bu görüşlərdə iştirakı təmin edilib. Bildirmək istəyirəm ki, bu kimi görüşlər yeniyetmə və gənclərin sağlam inkişafı baxımından vacibdir. Hər bir məktəbli öz gələcəyini düşünməli, həyat yolunda çətinliklərin ola biləcəyini, lakin heç bir çətinliyin onların narkotik asılılığına sürükləməməli olduğunu anlamalıdır. Biz bu görüşlərdə əvvəllər narkotik asılılığından əziyyət çəkmiş şəxslərin də iştirakını təşkil etmişik və onlar öz dilləri ilə çəkdikləri əzabları, üzləşdikləri məhrumiyyətləri danışıblar”.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.