NASA Marsa enişin görüntülərini və planetin səsini yaydı - Video

nasa-marsa-enisin-goruntulerini-ve-planetin-sesini-yaydi
Oxunma sayı: 3048

NASA “Perseverance” (“Əzm”) adlı kosmik gəminin Marsa enişini əks etdirən görüntüləri yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə Marsdan gələn ilk səs də eşidilib.

“Marsa eniş bir gərginlik, dram və səs-küy dalğasıdır. Sonra, toz təmizlənəndə: rahatlıq və əzəmət”, - NASA sosial media hesabında sözügedən görüntülərə şərh verib.

“Artıq Marsı gördüyünüzə görə, eşidin. Qulaqcıq götürün və mikrofonlarımdan birinə düşən ilk səsləri dinləyin”, - paylaşımda deyilir.  

Qeyd edək ki, NASA-nın kosmik gəmisi bir neçə gün öncə Marsa eniş etmişdi.