NASA-ya tapşırıq: - Ayda saat neçədir?

nasa-ya-tapsiriq
Oxunma sayı: 4168

Ağ Ev NASA-nın Ayda vaxtı necə təyin edəcəyini tapmasını istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Belə ki, NASA-ya ABŞ-nin Elm və Texnologiya Siyasəti İdarəsinin (OSTP) rəhbəri memorandum göndərib. Bildirilib ki, kosmik agentlik 2026-cı ilin sonuna qədər Koordinasiyalı Ay Saatını (LTC) tənzimləməlidir.

NASA-nın kommunikasiya və naviqasiya üzrə məsul əməkdaşı Kevin Cogginsın sözlərinə görə, Aydakı atom saatı Yerdəki saatdan fərqli sürətlə işləyəcək:

Bu, Yerdəki kimi bir vaxt qurşağı deyil, Ay üçün dəqiq vaxt çərçivəsini çəkmək lazımdır. Çünki Ayda cazibə qüvvəsi az olduğu üçün orada vaxt Yerlə müqayisədə bir qədər tez keçir. Yalnız bununla LTC kosmik gəmiləri və peyklər üçün vaxt ölçmə meyarını təmin edə biləcək”.