“National Geographic” Azərbaycanla bağlı səhv etdi, nazirlik işə qarışdı

national-geographic-azerbaycanla-bagli-sehv-etdi-nazirlik-ise-qarisdi
Oxunma sayı: 4027

Dünyaca məşhur “National Geographic” Cəmiyyətinin dərc etdiyi və uşaqların məlumatlandırılması məqsədini daşıyan “National Geographic Kids” jurnalının internet səhifəsində ölkəmizlə bağlı təqdim edilən məlumatda Azərbaycan xəritəsində ciddi təhrifə yol verilib.

“Qafqazinfo” xəbər verir ki, jurnalda dərc edilmiş xəritədə ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsi fərqli rəngdə təsvir olunub.

Bununla əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə operativ tədbirlər görüb. Nəticədə Azərbaycanın xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunub. Nəticədə adıçəkilən jurnalın internet səhifəsində respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib.