Natiq Cəfərli haqda - Həbs qərarı

natiq-ceferli-haqda-
Oxunma sayı: 8615

REAL-ın İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov və onun dostları məlumat yayıblar. Tanınmış istisadçı ekspertin avqustun 12-də saat 23 radələrində saxlanıldığı bildirilir.

Son məlumata görə, Natiq Cəfərli Nəsimi Rayon Məhkəməsinə aparılıb. Onun saxlanılmasının səbəbi ilə bağlı məlumat yoxdur. 

***

Natiq Cəfərli barəsində 4 aylıq həbs qərarı verilib. İlkin məlumata görə, ona qarşı irəli sürülən ittihamlardan biri qanunsuz sahibkarlıqdır.