“NATO-nun Kiyevə göndərmək üçün kifayət qədər müdafiə sistemi var”

nato-nun-kiyeve-gondermek-ucun-kifayet-qeder-mudafie-sistemi-var
Oxunma sayı: 1324

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansına üzv ölkələrin Ukrayna Silahlı Qüvvələrinə göndərmək üçün kifayət qədər hava hücumundan müdafiə sistemləri var.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o bu barədə Brüsseldə mətbuat konfransında deyib:

“Reallıq ondan ibarətdir ki, bizdə mövcud sistemlər var. Hava hücumundan müdafiə sistemləri və “Patriot” batareyalarına gəldikdə, Ukraynanı təmin etmək üçün kifayət qədər sistemlər mövcuddur”.