Navalnı barəsində yeni cinayət işi başladılıb

navalni-baresinde-yeni-cinayet-isi-basladilib
Oxunma sayı: 1196

Hazırda həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnıya qarşı terrorla bağlı yeni cinayət işi başladılıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Navalnı özü məhkəmədə açıqlayıb. 

Onun sözlərinə görə, bu işlə bağlı hökmü hərbi məhkəmə çıxaracaq. 

Xatırladaq ki, 2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə A.Navalnının “İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Belə ki, 2013-cü ilin oktyabrında Aleksey və Oleq Navalnı qardaşlarına qarşı “İv Roşe - Vostok” şirkətindən 26 milyon rubl və daha bir şirkətdən 4 milyon rubl (birlikdə 30 milyon rubl – 500 min dollar) dəyərində vəsait mənimsəməklə bağlı ittiham irəli sürülüb. 

2022-ci ilin martında isə Moskvanın Lefortovo Rayon Məhkəməsi həbsdə olan siyasətçini dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib. Həmin ilin oktyabrında isə Navalnı barəsində yeni cinayət işi başladılıb. O, ictimai şəkildə ekstremizmə çağırışlarda, terrorizmin təbliğində, ekstremist fəaliyyəti maliyyələşdirməkdə, eləcə də nasizmin reabilitasiyasında ittiham olunur.