Navalnının qardaşı axtarışa verilib

navalninin-qardasi-axtarisa-verilib
Oxunma sayı: 2832

Rusiyanın Daxili İşlər Nazirliyi rusiyalı siyasətçi Aleksey Navalnının qardaşı Oleq Navalnını yenidən axtarışa verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, onun hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.

Bununla yanaşı, onun barəsində yeni cinayət işinin başladıldığı bildirilir. O.Navalnı bundan əvvəl 2022-ci il yanvarın 26-da federal axtarışa verilib. 

Xatırladaq ki, A.Navalnı fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Hazırda onun ölüm səbəbləri araşdırılır.