Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qətl törədilib.
“Qafqazinfo” xəbər verir ki, kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Elvin Zaxarov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər