Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

baki-agstafa-baki-istiqametinde-elave-qatar-reysleri-teyin-edildi
Oxunma sayı: 466

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 20-21 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb. 

Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər etmək olacaq.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.