Macarıstanın “WizzAir” şirkətinin icraçı vitse-prezidenti Ovein Jonsun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman da iştirak edib.
Azərbaycanla “WizzAir” şirkəti arasında aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Eyni zamanda Bakı və regionlardakı hava limanlarına şirkət tərəfindən uçuşların sayının artırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.
Qonaqlara ölkəmizdə aviasiya sahəsində həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.
“WizzAir” şirkətinin icraçı vitse-prezidenti Ovein Jons ölkəmizə və region üzərindən uçuşların artırılmasında maraqlı olduqlarını bildirib
Son xəbərlər
Son Xəbərlər