Nazirə yeni müşavir təyin olundu

nazire-yeni-musavir-teyin-olundu
Oxunma sayı: 5452

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə yeni müşavir təyin olunub.

Bu barədə məlumatı ETSN-nin mətbuat katibi İradə İbrahimova  “Qafqazinfo”ya təsdiqləyib.

Onun sözlərinə görə, bu vəzifə İlham Nəsirova həvalə edilib.

Qeyd edək ki, İ. Nəsirov bu təyinata qədər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb. O, bu vəzifədə Firdovsi Əliyevi əvəzləyib. Hazırda ekologiya və təbii sərvətlər nazirinin ondan başqa daha iki müşaviri var. Bunlar Rasim Səttarzadə və Rüstəm Həsənovdur.