Nazirlik vergidən yayınan müğənnilərin adlarını açıqladı - Siyahı

nazirlik-vergiden-yayinan-mugennilerin-adlarini-aciqladi-
Oxunma sayı: 7995

Azərbaycan Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb.

Qafqazinfo” xəbər verir ki, vergidən yayınan müğənnilərin siyahısı nazirliyin saytına yerləşdirilib.

Siyahıda Brilliant Dadaşova, Abbas Bağırov, Mətanət İsgəndərli, Rəqsanə, Gülyanaq Məmmədova, Xəyyam Nisanov, Elza Seyidcahan və digərlərinin adları var.

Sihahıdakıların böyük əksəriyyəti yüksək fəxri adları olan sənətçilərdir.