Nazirlikdə şöbə müdiri təyin olundu - Foto

nazirlikde-sobe-mudiri-teyin-olundu
Oxunma sayı: 11757

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov yeni təyinatla bağlı əmr verib.

“Qafqazinfo” xəbər verir ki, əmrə əsasən Zemfira Hüseynbəyli nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Z. Hüseynbəyli 2014-2018-ci illər ərzində “BP” neft şirkətinin subkontraktoru olan “Titan D” şirkətində insan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışıb, Azərbaycan Dövlət Neft şirkətində insan resursları üzrə aparıcı mütəxəssis işləyib. 2019-cu ildə SOCAR Azneft İstehsalat Birliyinin (İB) İnsan Resursları Departamentinin rəis müavini vəzifəsinə (2019) təyin edilib. Bundan başqa, “Azneft” İB-də “İnsan resurslarının transformasiyası” layihəsinin icraçısı, təlim və inkişaf proqramlarının rəhbəri olub.