“Nə etməlidir ki, həm kredit ödəsin, həm özü qazansın?”

ne-etmelidir-ki-hem-kredit-odesin-hem-ozu-qazansin
Oxunma sayı: 1853

Azərbaycanda bank faizləri əsasən 14 %-dən başlayır. Düzdür, kənd təsərrüfatı üçün bu 6 %-dır, amma bunun özü də yüksəkdir. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin iclasında bildirib.

Deputat qeyd edib ki, bank faizləri aşağı salınmalıdır: “ABŞ-də ümumi dövriyyəsi 6 faizdən çox olan iş adamı ilə FTB (Federal Təhqiqatlar Bürosu – red.) məşğul olur ki, yəqin bu adam silah, narkotik satır. Bəs Azərbaycanda 14 % kredit ödəyən şəxs nə işlə məşğul olur? O nə etməlidir ki, həm kredit ödəsin, həm özü qazansın?”

Siyavuş Novruzov, həmçinin vurğulayıb ki, ölkədə valyuta mübadilə mərkəzləri açılmalıdır: “90-cı illərə qayıtmışıq, metro üstündə, bağlarda əlbəəl valyuta dəyişdirir insanlar. Ölkəyə turistlər gəlir, şənbə-bazar bu insanlar valyutasını harada dəyişməlidir? Dünyanın hər yerində dayanacaqlar formasında valyuta mübadilə mərkəzləri var, bizdə də açılsın”.

Zaur Mirzə