“Nə qədər az zibil olsa, bir o qədər yaxşıdır” - Putin

ne-qeder-az-zibil-olsa-bir-o-qeder-yaxsidir
Oxunma sayı: 4015

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının ehtimal olunan növbəti anti-Rusiya sanksiyaları paketinin Rusiyanı qorxutmadığını deyib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Rusiya Prezidenti bu haqda iqtisadi məsələlərlə bağlı görüş zamanı danışıb.

Putin ölkəyə Qərb mallarının idxalına qadağa kimi məhdudiyyətlərin Avropanın böyük şəhərlərindən çarpayıların idxalını azaldacağı ilə bağlı zarafat edib.

“Nə qədər az zibil olsa, bir o qədər yaxşıdır, bəlkə də. Yataq böcəklərinin Avropanın böyük şəhərlərindən bizə ixracı şansı azdır”, - Rusiya lideri vurğulayıb.