Neftçalada ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib

neftcalada-agacekme-aksiyasi-ve-umumrayon-imeciliyi-kecirilib
Oxunma sayı: 1247

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ili ilə əlaqədar olaraq ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ağacəkmə aksiyasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, onların əməkdaşları, şəhid ailələri, Neftçala MKTB-in, DOST MMC-in əməkdaşları və ictimaiyyət nümayəndələri fəal iştirak edib.

Aksiya zamanı ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmaqla təbiətə töhfə verməkdir.