Neftçalada intihar edən şəxs iş adamı imiş

neftcalada-intihar-eden-sexs-is-adami-imis
Oxunma sayı: 8272

Xəbər verdiyimiz kimi, Neftçalada 16 yaşına çatmayan şəxsə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən kişi intihar edib.

“Qafqazinfo”nun Bakupost-a istinadən məlumatına görə, intihar edən 52 yaşlı A.Hüseynov uzun illər Rusiyada yaşayıb. O, rayonda imkanlı şəxs kimi tanınıb. Belə ki, onun bir neçə obyekti, eləcə də Neftçalanın mərkəzində avtomobilyuma məntəqəsi olub.

A.Hüseynovun ailəli və iki övlad atası olduğu bildirilir.

Qeyd edək ki, DİN-in Mətbuat xidmətinin regional qrupunun yaydığı məlumata görə, hadisədən sonra A.Hüseynovun yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb.