Neftçalada şəhid ailələri ziyarət olundu - Fotolar

neftcalada-sehid-aileleri-ziyaret-olundu
Oxunma sayı: 1642

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Novruz bayramı ilə əlaqədar şəhid ailələri və Vətən müharibəsi qaziləri ziyarət olunub.

“Qafqazinfo” xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun iştirakı ilə RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri şəhid ailələrinin yaşadığı evlərə bayram günlərində baş çəkiblər.

RİH Başçısının tapşırığı ilə şəhidlərimizin dəfn olunduğu rayonun bütün ərazisini əhatə edən məzarlıqlarda, xatirə lövhələrində, abidə komplekslərdə geniş miqyaslı iməcliklər keçirilib.

Görüş zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların döyüş yolundan danışılıb. Şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına bayram təbrikləri çatdırılıb, qayğıları öyrənilib və problemləri dinlənilib.