“Neftçi” 700 minlik futbolçu aldı

neftci-700-minlik-futbolcu-aldi
Oxunma sayı: 3476

ÇFR-in müdafiəçisi Yuri Matiasın “Neftçi”yə transferi reallaşıb. “Qafqazinfo”nun “digisport.ro” saytına istinadən məlumatına görə, keçidin detalları da artıq müəyyənləşib.

Rumıniya klubunun bu transferdən qazandığı məbləğ də açıqlanıb. Bildirilib ki, “Neftçi” braziliyalı mərkəz müdafiəçisinin keçidi müqabilində ÇFR-ə 400 min avro (763 min manat) ödəyib.

Qeyd edək ki, 28 yaşlı Matias hazırda Moskvada təlim-məşq toplanışında olan “Neftçi”nin düşərgəsindədir.