“Neftçi” braziliyalı hücumçu transfer edir

neftci-braziliyali-hucumcu-transfer-edir
Oxunma sayı: 2736

Bakının “Neftçi” futbol klubu ABŞ-də Böyük Futbol Liqasında (MLS) təmsil olunan “Şarlott” klubunda çıxış edən braziliyalı hücumçu Andre Bava Şinyaşiki heyətinə qatmağa hazırlaşır.

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, Braziliyadan əlavə Yaponiyanın pasportuna sahib olan Şinyaşiki artıq “ağ-qaralar”ın düşərgəsinə qoşulmaq üçün ilkin razılığını verib.

Qeyd edək ki, 26 yaşlı hücumçu Braziliyanın San-Paulu şəhərində anadan olub. Şinyaşikinin valideyinlərindən biri yapondur.

O, 18 yaşında Denver Universitetində təhsil almaq üçün ABŞ-yə köçüb və burada peşəkar futbolla məşğul olmağa başlayıb.

Futbolçunun ilk peşəkar klubu “Kolorado Repidz” olub.

2022-ci ildə braziliyalı “Şarlott” klubuna transfer olub.

Futbolçu “Şarlott”un heyətində debüt matçında Devid Bekhemin sahibi olduğu “İnter Mayami” komandasına qol vuraraq adından söz etdirə bilib.

Beləliklə, braziliyalı Matheus Saldanya “ağ-qaralar”ın düşərgəsindən Belqradın “Partizan”ına yollandıqdan sonra belə bir futbolçunun gəlişi “Neftçi”nin hücum xəttini gücləndirəcək.