“Neftçi” Konfrans Liqasında mübarizəni dayandırdı - Yenilənib

neftci-konfrans-liqasinda-mubarizeni-dayandirdi
Oxunma sayı: 8849

Bu gün Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Neftçi” də meydana çıxacaq.

Adrian Mutunun rəhbərlik etdiyi “ağ-qaralar" səfərdə Türkiyə “Beşiktaş”ının qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında Bakıda baş tutan oyun İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Konfrans Liqası III təsnifat mərhələsi, cavab oyunları 22:00.

“Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan) Baş hakim: Yulian Veynberger (Avstriya) “Beşiktaş” stadionu, İstanbul.

İlk oyun - 3:1.

***

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Beşiktaş”: 34. Mert Günok (k), 24. Valentin Rosye, 20. Necip Uysal, 12. Daniel Emerti, 77. Umut Meraş, 71. Cin Onana, 83. Gedson Fernandeş, 21. Dəmir Tıknaz, 7. Ante Rebiç, 90. Semih Kılıçsoy, 40. Cekson Muleka,

“Neftçi”: 1. İvan Brkiç, 99. Ervin Koffi, 5. Kenni Sayef, 4. Mark Tamaş, 44. Yuri Matias, 23. Ataa Caber, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 11. Kilan Lebon, 9. Andre Şinyaşiki, 5. Aaron Olanare

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk matçda “Neftçi” 1:3 hesabı ilə məğlub olub.

***

Matç başladı.

***

Emin Mahmudov 36-cı dəqiqədə hesabı açır.

***

İlk hissə bitdi

***

İkinci hissə başladı.

***

57-ci dəqiqədə Abubakarın qolu ilə “Beşiktaş” hesabı bərabərləşdirir.

***

71-ci dəqiqədə “Beşiktaş” hesabda önə keçir. Mulaka adını tabloya yazdırır - 2:1.

***

Matç bitdi. “Neftçi” hər iki oyununda məğlub olaraq Konfrans Liqasında mübarizəni dayandırdı.