“Neftçi” – “Qarabağ” görüşünün vaxtı açıqlandı

neftci-qarabag-gorusunun-vaxti-aciqlandi
Oxunma sayı: 2546

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, final öncəsi birinci duellər aprelin 2-3-də keçiriləcək.

Əvvəlcə “Neftçi” ilə “Qarabağ” üz-üzə gələcək. Əzəli rəqiblər aprelin 2-də “Neftçi Arena” qarşılaşacaq. Ertəsi gün “Zirə” kubokun son qalibi “Qəbələ”ni qəbul edəcək.

Azərbaycan Kuboku
Yarımfinal

2 aprel (çərşənbə axşamı)

20:00. “Neftçi” – “Qarabağ”
“Neftçi Arena”

3 aprel (çərşənbə)

19:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu