“Neftçi” - “Spartak” oyunu ləğv olundu

neftci-spartak-oyunu-legv-olundu
Oxunma sayı: 4112

Bu gün keçirilməli olan “Neftçi” - “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Neftçi” PFK məlumat yayıb.

Bildirilir ki, buna səbəb Moskvada dünən baş vermiş terror aktı və nəticədə çox sayda insanın həlak olmasıdır.

Klubdan, həmçinin oyunun satılmış biletlərinin qaytarılacağı bildirilib.