“Neftçi”nin baş məşqçisi o ola bilər

neftcinin-bas-mesqcisi-o-ola-biler
Oxunma sayı: 4288

“Neftçi” Rusiyanın “ÇSKA” klubunun keçmiş baş məşqçisi Viktor Qonçarenkonu komandanın yeni baş məşqçisi kimi nəzərdən keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sport-Ekspress” məlumat yayıb.

Bildirilib ki, belaruslu mütəxəssisin son iş yeri Rusiyanın “Pari NN”  klubu olub. 48 yaşlı Viktor Qonçarenko 2024-cü ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər Nijni Novqorod komandasına rəhbərlik edib.

Qeyd edək ki, “Neftçi”nin əvvəlki baş məşqçisi 2024-cü ilin oktyabrından komandaya rəhbərlik edən Samir Abasov olub. O, 2025-ci il noyabrın 24-də vəzifəsindən azad edilib.