“Nəinki Azərbaycan, heç Rusiya mətbuatını da izləmirəm” - Kurban Berdıyev

neinki-azerbaycan-hec-rusiya-metbuatini-da-izlemirem
Oxunma sayı: 520

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçdan sonra tovuzluların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı olub.

Türkmənistanlı çalışdırıcı 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Bu il çempionatda son oyun idi və çox vacib idi. Uşaqlar da bu məsuliyyəti dərk edirdi. Bir çox zədəli oyunçularımız var idi, öz mövqelərində oynamırdılar. Bu vacib qələbəyə görə futbolçularımı təbrik edirəm. Kifayət qədər təcrübəli məşqçiyəm, keçən oyunda azarkeşlərin “istefa” çağırışlarına fikir vermirdim. Nəinki Azərbaycan, heç Rusiya mətbuatını belə, izləmirəm”.