Netanyahu təhlükəsizlik xidmətlərini ittiham edən paylaşımını sildi

netanyahu-tehlukesizlik-xidmetlerini-ittiham-eden-paylasimini-sildi
Oxunma sayı: 2158

İsrailin Baş naziri Benyamin Netanyahu tənqidlərdən sonra “X” sosial sosial şəbəkə hesabında təhlükəsizlik xidmətlərinə qarşı ittihamların yer aldığı paylaşımı silib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.

Qeyd olunur ki, Netanyahu HƏMAS hərəkatının yaraqlılarının hücumu barədə ona xəbərdarlıq etmədikləri üçün ölkənin təhlükəsizlik orqanlarını tənqid edib.

İsrail müxalifətinin lideri Yair Lapid qeyd edib ki, Netanyahu uğursuzluqlarda kəşfiyyat xidmətlərini günahlandıraraq “qırmızı xətti keçib”.

“Netanyahunun 7 oktyabrda baş vermiş dağıdıcı hücumda təhlükəsizlik və kəşfiyyat xidmətlərini günahlandıran şərhlərinə görə qəzəb artıb”, - nəşr yazıb.

Daha sonra Netanyahu bu postu hesabından silib.