Neymar “Barselona”ya qayıtmaq istəyir

neymar-barselonaya-qayitmaq-isteyir
Oxunma sayı: 2186

“Əl-Hilal”ın hücumçusu Neymar “Barselona”ya qayıtmaq istəyir.

“Qafqazinfo” sport.es-ə istinadən xəbər verir ki, futbolçu  sağaldıqdan sonra keçmiş komandasına qayıtmağı düşünür.

Ancaq klublar müqavilə üçün hələki danışıqlara başlamayıb. 

Qeyd edək ki, brazilyalı futbolçu 2013-2017-ci illərdə “Barselona"da çıxış edib. 

Neymar “Əl-Hilal”ın heyətində iştirak etdiyi 5 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.