Nigerin Prezident Qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binaya girişi bağlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Jeune Afrique” jurnalının yazdığına görə, Prezident Məhəmməd Bazum qiyamçılar tərəfindən saxlanılıb, onların sayı məlum deyil.
Fransanın “Le Monde” qəzetinin dövlət başçısına yaxın mənbəsi isə bildirib ki, Bazum və onun həyat yoldaşı öz iqamətgahlarındadırlar. Nəşrin həmsöhbəti əmin edib ki, söhbət dövlət çevrilişindən getmir və gərginlik Prezident Qvardiyası ilə bağlı problemdən qaynaqlanır.
Son xəbərlər
Son Xəbərlər