Niraqonqo yenə püskürdü, 15 nəfər öldü

niraqonqo-yene-puskurdu-15-nefer-oldu
Oxunma sayı: 1334

Konqonun şərqində yerləşən Niraqonqo vulkanının püskürməsi 15 nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, UNICEF-in məlumatına görə, 25 mindən çox insan təhlükəsizlik səbəbi ilə evlərini tərk etməli olub.

Dünyanın ən aktiv vulkanlarından biri olan Niraqonqo 22 mayda püskürməyə başlayıb. Vulkan püskürməsi səbəbindən 5 000 nəfər qonşu ölkə Ruandaya qaçmaq məcburiyyətində qalıb.

Səlahiyyətlilər əhalinin təxliyyəsinə başlayıblar.

Xatırladaq ki, 2002-ci ildə Niraqonqo vulkanının püskürməsi ən az 250 insanın ölümünə və 120 min insanın evini tərk etməsinə səbəb olmuşdu.