Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.
“Qafqazinfo”nun məlumatına görə, bu gün Azərbaycan yığmasının bir üzvü rinqə çıxıb.
64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor 1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni məğlub edib. 1/4 finalda isə kubalı Yasnier Toledo ilə üz-üzə gəlib.
Sotomayor 3:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Bununla da təmsilçimiz ən azı bürünc medalı təmin edib.
Son xəbərlər
Son Xəbərlər