“Növbəti prezidentimiz də məhz Putin kimi olmalıdır”

novbeti-prezidentimiz-de-mehz-putin-kimi-olmalidir
Oxunma sayı: 2557

“Putin prezidentliyə namizədliyini irəli sürmək niyyətini hələ açıqlamayıb. Ancaq səmimi qəlbdən inanmaq istəyirəm ki, o bunu edəcək. Onun seçkilərdə qalib gələcəyinə və bundan sonra da prezidentimiz olacağına şübhə etmirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, “növbəti prezident necə olmalıdır” sualına “eyni bu cür”, - deyə cavab verib.

Qeyd edək ki, Rusiyada prezident seçkilərinin 2024-cü ilin martın 17-si keçirilməsi planlaşdırılır. Seçkilərin tarixi barədə rəsmi qərarı Federasiya Şurası bu ilin dekabrında qəbul edəcək.