“Nu, poqodi”nin bəstəkarı vəfat etdi

nu-poqodinin-bestekari-vefat-etdi
Oxunma sayı: 2579

Məşhur “Nu, poqodi” cizgi filminin mahnısına musiqi yazan macar bəstəkar Tamaş Deak vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MTI xəbər agentliyi məlumat yayıb.

“Cizgi filmləri üçün musiqi bəstələyən Tamaş Deak 96 yaşında vəfat edib”, - deyə agentlik məlumat yayıb.

Qeyd edək ki, Deak 1928-ci ildə Macarıstanın Sekeşfehervar şəhərində anadan olub. Deakin musiqi yazdığı 120-dən çox cizgi serialı və televiziya proqramları arasında ən çox sevilən “Nu, poqodi” cizgi filmi olub.