Rusiya Zelenski və Poroşenkonu axtarışa verdi - Foto

rusiya-zelenski-ve-porosenkonu-axtarisa-verdi
Oxunma sayı: 3708

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya DİN məlumat yayıb.

Məlumatda Volodimir Aleksandroviç Zelenskinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olduğu göstərilir.

Onun hansı cinayətə görə axtarışda olduğu açıqlanmayıb.

***

Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu da axtarışda olanlar siyahısına salıb.

Qeyd edək ki, Poroşenko 2014-2019-cu illərdə Ukrayna Prezidenti olub.