Nüfuz alveri edən məmur cərimələndi

nufuz-alveri-eden-memur-cerimelendi
Oxunma sayı: 3295

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin məhkəməsi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə R.Rəşidli Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirli bilinib.

Ona 7 min manat pul cəriməsi cəzası təyin edilib. Həmçinin barəsindəki polisin nəzarəti altına verilmə əsas qətimkan tədbiri və vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri qüvvədə saxlanılıb.

Qeyd edək ki, istintaq zamanı R.Rəşidlinin SHXÇDX-nin Laçın rayon bölməsinin çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşın hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün onun valideynindən min manat alması müəyyən edilib.