“Nuriyyə Əhmədovanın yasını etmək üçün pul yoxdur”

nuriyye-ehmedovanin-yasini-etmek-ucun-pul-yoxdur
Oxunma sayı: 6029

“Aldığım məlumata görə, xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimini keçirmək üçün ailə üzvləri pul tapmır”. 

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov sosial şəbəkədə yazıb:

“Çox acınacaqlı vəziyyət yaranıb. Xalq artistinin yasını etmək üçün pul yoxdur. Axı, yas mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil. Niyə, axı, bu cür münasibət? Allah kömək olsun. İnşallah, yardım edən tapılar”.

Xatırladaq ki, aktrisa öz vəsiyyəti ilə Şüvəlan qəbiristanlığında oğlunun və qızının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, N. Əhmədova oktyabrın 10-da 1 saylı Klinik Şəhər Xəstəxanasında ürək çatışmazlığından vəfat edib.