Nyu-Yorkdan İranın XİN rəhbərinə - Məhdudiyyət

nyu-yorkdan-iranin-xin-rehberine
Oxunma sayı: 2247

ABŞ İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana məhdudiyyətlər tətbiq edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, iranlı nazirin BMT tədbirlərində iştirak etmək üçün Nyu Yorka səfəri zamanı əlavə səyahət məhdudiyyətləri qoyulacaq.

İran nümayəndə heyətinin və nazirin hərəkəti İranın BMT-dəki daimi nümayəndəsinin iqamətgahı ətrafında bir neçə məhəllə ilə yekunlaşacaq.