“O, hansı səviyyədən danışır” - Qalmaqal

o-hansi-seviyyeden-danisir-
Oxunma sayı: 6104

Rəqqasə Oksana Rəsulovanın həmkarı Fatimə Fətəliyeva haqqında dedikləri cavabsız qalmadı.

“Qafqazinfo” Gecce.az-a istinadən xəbər verir ki, Oksanaya itmiş gündəmini qaytarmaq üçün adından istifadə etdiyini bildirən Fatimə "ATV Maqazin"ə bunları deyib: "Əgər mən müğənni olsaydım, rəqs peşəsini atardım. Amma əsl peşəm rəqqasəlikdi. Müğənni olmaq niyyətim yoxdu. Mənim oxumağıma ironiya ilə yanaşır. Yaxşı gülən sonda gülür, deyirlər. Hansı səviyyədən danışır. Klip çəkib, mahnı oxuyuramsa, bu mənim öz işimdir. Kim itmiş gündəmini qaytarmaq istəyirsə, mənim adımdan istifadə edir. Mən artıq atmacalara cavab verməyəcəm. Mahnımı oxumaqda davam edəcəm. Ceyran Haşımova zəng vurub dedi ki, "Sənin nəslin musiqiçi nəslidir. Heç nədən utanma, gözəl səsin var. Bunu mən sənə deyirəm. Oxu!".