Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı

oldurduyu-arvadini-6-yasinda-zorlayib
Oxunma sayı: 16076

Masallı rayonunda baş verən ailə faciəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sərvan bu gün öldürdüyü keçmiş həyat yoldaşı Alimənin 6 yaşı olanda onunla zorla intim əlaqədə olub. Buna görə Sərvan bir neçə il həbsdə yatıb və ailələr razılığa gəlib ki, o, həbsdən çıxandan sonra Alimə ilə evlənəcək. Bu razılıq da reallaşıb və cütlüyün bu nikahdan iki uşağı dünyaya gəlib. Son vaxt ailələr arasında münaqişə böyüdüyü üçün onlar rəsmi olaraq boşanıblar. Lakin bu yaxınlarda ailələr Sərvan və Alimə üçün yeni ev tikiblər, cütlük bir müddət orada yaşayıb. Bunun ardınca evə görə ailələr arasında münaqişə böyüyüb.

Alimənin anası Zemfiranın isə psixoloji problemləri olduğu bildirilir. Onun təzyiqi ilə cütlük növbəti dəfə ayrılıb. Sərvan cehiz əşyalarını aparmaq üçün həmin yeni tikilən evə gələn keçmiş arvadı Alimə, onun qardaşı Miralim və anası Zemfiranı ov tüfəngi ilə vurduqdan sonra özünə də çənəsindən atəş açıb. Lakin Sərvan bundan sonra hadisə yerindən qaçaraq yaxınlıqdakı yarımtikilidə gizlənib, polis onu qan izlərini təqib edərək tapıb. Sərvan yaralı halda xəstəxanaya aparılıb. Hadisə nəticəsində Alimə və Miralim ölüb, Zemfiranın vəziyyəti ağırdır.

Sərvan kənddə ovçuluqla məşğul olub, dolanışığını da ovladığı quşları satmaqla təmin edib.