Ölkə kubokunda daha 3 matç

olke-kubokunda-daha-3-matc
Oxunma sayı: 1670

Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha 3 görüş baş tutacaq.

“Ağdaş” “Cəbrayıl”la, “Şəki Siti” “Kür-Araz”la, “Baku Sportinq” isə “Kürmük Qax”la münasibətlərinə aydınlıq gətirəcək.

Daha öncə “Lerik”, “Şahdağ Qusar” və “Göygöl” növbəti mərhələyə yüksəliblər.

Azərbaycan kuboku

1-ci təsnifat mərhələsi

19 noyabr

“Ağdaş” – “Cəbrayıl”

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov.

Ağdaş şəhər stadionu, 14:00.

“Şəki Siti” – “Kür-Araz”

Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli.

Şəki şəhər stadionu, 14:00.

“Baku Sportinq” – “Kürmük Qax”

Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə.

Binə qəsəbə stadionu, 14:30.