Ölkəsində ilk, ərəb dünyasında ikinci oldu - Kral o posta qadın təyin etdi

olkesinde-ilk-ereb-dunyasinda-ikinci-oldu
Oxunma sayı: 716

Mərakeş Kralı VI Məhəmməd Fatimə Zəhra əl-Mənsurini ölkənin Baş naziri təyin edib.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, bununla da 50 yaşlı əl-Mənsuri Mərakeş tarixində bu vəzifəni tutan ilk qadın olub.

Kral Sarayının açıqlamasına görə, indiyədək şəhərsalma naziri vəzifələrini icra edən əl-Mənsuriyə yeni hökuməti formalaşdırmaq tapşırılıb.

Yeni Baş nazirin koalisiya hökuməti formalaşdıracağı gözlənilir.

Əl-Mənsuri, həmçinin Tunisin keçmiş Baş naziri Nəcla Budendən sonra ərəb dünyasında hökumət başçısı vəzifəsini tutan ikinci qadın olub.