Ölümcül virusa qarşı dərman yaradıldı

olumcul-virusa-qarsi-derman-yaradildi
Oxunma sayı: 3026

İngiltərənin Surrey Universitetinin tədqiqatçıları “MK-8527” adlı yeni HİV (İnsan İmmunçatışmazlığı Virusu) dərmanı hazırlayıblar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “British Journal of Pharmacology” jurnalında dərc olunub. 

Alimlər bu preparatın infeksiyaya qarşı profilaktik tədbir kimi istifadə oluna biləcəyini və bir tabletin qəbulunun bütün ay ərzində virusdan qoruyacağını açıqlayıblar.

Onların sözlərinə görə, “MK-8527” adlanan tablet hüceyrələrin içərisində aktiv formaya çevrilməklə virusun təkrarlanmasının əsas mərhələsini bloklayır. 

Laboratoriya testləri də sözügedən maddənin minimal dozalarda belə HİV-ə yoluxmanın qarşısını aldığını təsdiqləyib.