Ölümündən bir neçə saat əvvəl - “Həyatım mənasını itirib”

olumunden-bir-nece-saat-evvel-heyatim-menasini-itirib
Oxunma sayı: 704

Lakin hadisələrin bu cür inkişafı müsahibənin mətbuata çıxmasına səbəb olub. Söhbət zamanı artıq biznes mövzusunun onun üçün maraqsız olduğunu deyən Berezovski Rusiyada olduğu müddətdə də biznesini özü idarə etmədiyini, bu işi Badri Patarkatsişviliyə həvalə etdiyini deyib. İnsanları tanımaqda çox səhvlər etdiyini bildirən oliqarx biznes ortağını tanımaqda da səhv etdiyini etiraf edib:

- Mən heç vaxt insanları yaxşı tanıya bilməmişəm. Həmişə onların ağlını, cəsarətini qiymətləndirmişəm, ancaq Badri ilə bağlı məsələdə də yanılmışam.

- Axı o Sizin ən yaxın dostlarınızdan biri idi…
- Mən indi də onu dost kimi dəyərləndirirəm. Ancaq nə onunla, nə də Abramoviçlə razılaşmaları rəsmiləşdirməyin qayğısına qalmamışam.

- Rusiya üçün darıxırsınız?
- Rusiyaya qayıtmaq... Bundan artıq heç nə istəmirəm. Hətta cinayət işi açılanda da Rusiyaya qayıtmaq istəyirdim. Yalnız Yelena Bonnerin məsləhəti ilə qaldım. Rusiyanın mənə bu qədər əziz olduğunu lazımınca dəyərləndirməmişəm. Mən mühacir ola bilmirəm. Rusiyanın demokratikləşməsini idealistcəsinə təsəvvür edirdim. Qərbin dəyərini şişirtmişdim. Bütün bunlar tədricən baş verib. Rusiyanın yolu barədə təsəvvürlərimi dəyişmişəm… Rusiyadan getməməliydim.

- Əgər Rusiyada qayıtsaydınız, indi həbsdə olacaqdınız. Bunu istəyirsiniz?
- İndi Londonda yaşadığım illərə nəzər salanda… Bu suala cavabım yoxdu. Xodorkovski… özünü qorudu. Ancaq bu o demək deyil ki, mən özümü itirmişəm. Ancaq mən xeyli məyusluq yaşamışam. Xodorkovski xeyli az. Mən… mənanı itirmişəm.

- Həyatın mənasını?
- Həyatın mənasını. Siyasətlə məşğul olmaq istəmirəm.

- Bəs neynəmək olar?
- Bilmirəm neynəyim. Məni 67 yaşım var. Bundan sonra nə edəcəyimi bilmirəm.

Vaxtilə Rusiyanın qüdrətli iş adamı və siyasətçisi söhbətin sonunda vaxtilə məşğul olduğu elmə qayıtmaq istədiyini deyir. Axı o nə vaxtsa Rusiya Elmlər Akademiyasının həqiqi üzvü olub. Ancaq həmsöhbəti onunla elmdən danışmaq istəyəndə belə bir istəyinin olmadığını deyib. Görünür oliqarx nə vaxtsa vətənə qayıdacağına inanmırdı./azadliq.info/