Ombudsman Aparatından “Qafqazinfo”ya verilən məlumata görə, məhkum ailəsində yarana biləcək problemlərlə əlaqədar adının məxfi saxlanılmasını xahiş edib: “Həmin şəxs məhkum L.Quliyeva ilə bir müddət eyni Penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. Onunla aparılan konfidensial görüş zamanı təzyiqə və zorakılığa məruz qalmadığını söyləyib, bu barədə Müvəkkilə yazılı izahat verib”.
Qeyd edilməlidir ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən bu məsələ ciddi araşdırılır, hər iki şəxsdən izahat alınıb, müvafiq analizlər götürülüb və yaxın günlərdə nəticəsi açıqlanacaq.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər