Onlar ilin ən pis davranışlı turistləridir

onlar-ilin-en-pis-davranisli-turistleridir
Oxunma sayı: 5089

2023-cü ildə dünyanın ən pis davranışlı turistləri məlum olub. 

“Qafqazinfo” CNN-ə istinadən sözügedən turisləri həmin siyahıya aid edən davranışları təqdim edir:

 Florensiyada “Ponte Vecchio” körpüsü

İtaliya uzun müddətdir ki, ona əyləncə parkı kimi baxan turistlər üçün pis davranış mərkəzi olub. Belə ki, amerikalı turist Florensiyada piyadalar üçün nəzərdə tutulmuş “Ponte Vecchio” körpüsündən avtomobillə keçib. Buna görə sözügedən turist 500 avro cərimələnib. 

Avstriyanın Hallstatt kəndi

Avstriyanın Hallstatt kəndi yay mövsümü başlayan kimi turistlərin selfi çəkdirmələri üçün vazkeçilməz məkan olub. Turistlərin hədsiz selfi çəkdirmələrini nəzərə alan səlahiyyətlilər maraq doğuran mənzərənin qarşısını hasarla kəsməyi qərara alıblar. Bildirilib ki, 800 sakinin yaşadığı kəndə gündə 10 000-ə yaxın ziyarətçi gəlir.

Çində park

Bu ilin fevral ayında Çində yerləşən parkların birində böyük ağ köpəkbalığının yanında yemək zamanı canlı yayım edən turits saxlanılıb. O, 125 000 yuan (təxminən 17 650 dollar) cərimə edilib.

Romanın Kolizey abidəsi

İyun ayında Romanın Kolizey muzeyində ingiltərəli turist 2000 illik abidəyə “İvan + Hayley 23” yazısını oyub. Polislər onu saxlayandan sonra abidənin neçə yaşı olduğunu bilmədiyini deyib. Hazırda həmin turistin məhkəmə prosesi davam edir.

Romanın Vatikan muzeyi

Romanın daha bir muzeyində - Vatikanda xoşagəlməz hadisə yaşanıb. Belə ki, amerikalı turist eramızın ikinci əsrinə aid iki Roma heykəlini bilərəkdən zədələyib. Həmin şəxsin heykəlləri “bütpərəst” hesab etdiyi üçün sındırdığı deyilsə də, turistin vəkili bununla razılaşmayıb. O, müvəkkilinin “Qüds sindromu”ndan əziyyət çəkdiyini deyərək hadisənin qeyri-iradi baş verdiyini bildirib. 

Azadə Yolçu