Onların prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqləndi - Yenilənib

onlarin-prezidentliye-namizedliyinin-ireli-surulmesi-tesdiqlendi
Oxunma sayı: 3297

Prezidentliyə namizəd olmaq istəyən altı nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qərarlar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

Onlar namizədlikləri özləri tərəfindən irəli sürülmüş Zahir Məhərrəm oğlu Oruc, Fuad Ağası oğlu Əliyev və namizdəliyi Böyük Qurtuluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafa, namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevdir. 

***

Daha iki namizəd - namizədliyi Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyev və Milli Cəbhə Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin də namizdəliyinin irəli sürülməsi təsdiq olunub.

Xatırladaq ki, daha əvvəl Prezident İlham Əliyevin də prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

***

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyinin irəli sürülməsi bu gün təsdiqlənən daha 6 şəxsin səlahiyyətli nümayəndələrini müzakirələrdən sonra qeydə alıb. 

Zaur Mirzə