“Qafqazinfo” MasterCard-a istinadən xəbər verir ki, yeni nəsil fanatları bir sezon ərzində xərclədikləri pulun məbləğinə Kriştian Ronaldo 372 dəfə alına bilər !
MasterCard UEFA çempionlar liqasının finalından əvvəl yeni nəsil futbol fanatlarını təqdim edir. Hansılar ki, ümumilikdə Avropada xarici ölkələrdən olan klubların dəstəklənməsinə hər sezon 35 milyard Avro xərcləyirlər və bununla da tarixi öz gözlərindən görməyin qiymətsiz olduğunu sübut etmiş olurlar.
MasterCard və Avropa Biznes Məktəbi hazırladıqları məruzə “Sərhədsiz fanatlar” adlandırılan Avropa fanatlarının yeni, çoxalan nəsli haqqındadır. Sərhədsiz fanatlar xaricdə keçirilən yarışlara biletlərə, TV kanallarının ödənişinə və ya əlış-veriş edərkən bir sezon ərzində ümumilikdə 100 Allianz arenasınln tikintisinə, və ya 372 dəfə Kristiano Ronaldonun alınmasına, və ya hətta 562 dəfə Fernando Torresin alınmasına xərclənə biləcək məbləğ həcmində pul xərcləyirlər.
Şənbə günü, 19 may tarixində Allianz Arenasında Münxen Bayern və Çelsinin görüşü keçiriləcək bu ilin Çempionlar Liqasının finalından əvvəl açıqlanan nəticələr göstərir ki, Avropa futbolu fanatlarının dörddə bir hissəsini (41 million) təşkil edən “Sərhədsiz Fanatların” 29% ən tanınmış Barselona komandasının fanatlarıdır, 10% - Real Madrid, 8% - Manchester United fanatlarıdır.
Master Cardın Avropa bölümünün Strateji Əməkdaşlıq və Bazarın inkişafı üzrə Prezidenti Hany Fam tədqiqatları şərh edərkən dedi: ”Tədqiqatlar fanatların davranışında dəyişikliyi araşdırır və kluba etdikləri azarkeşliyin onların cəkdikləri xərclərə necə təsir etdiyini araşdırır. Fanatlar oyuna daha yaxın olmaq və qiymətsiz futbol məqamlarından həzz almaq üçün xarici klubların qəbul edilməsi kimi yeni strategiyanı tətbiq etmələrini görmək sevindirici haldır. “
Onlar pullarını necə xərcləyirlər
Sərhədsiz fanatlar hər sezonda 35 milyard Avro/28 milyard funt sterlinqə qədər pul xərcləyirlər, həmin məbləğdən:
- Ümumi xərclərin beşdə bir hissəsi və ya 7.5 milyard xüsusi ödənişli kabel televiziya kanalına sərf edilir;
- Ticarət xərcləri (klubun brendi üzərində olan mallar) 13 % təşkil edir;
- Yarışda tamaşaçı qismində iştirak etmək isə Sərhədsiz Fanatların xərclərinin 10 % təşkil edir, həmçinin buraya gida, içki və digər malların alınmasına sərf edilən 2.5 milyard Avro əlavə edilir;
- Xərclərin 6 % yarışı böyük ekranda izləmək üçün pabların və sport-barların ziyarətinə və 5 % klubun öz TV kanallarına sərf edilir;
- Dörd fanatdan biri öz komandasının yarışlarında xaricdə iştirak edir. Yarışda iştirakla bağlı otel və səyahət xərcləri və ya sevdikləri stadiona baş çəkmək üçün Sərhədsiz Fanatların sərf etdikləri məbləğ hər il 8.75 milyard Avroya bərabərdir, buda ümumi xərclərin dörddə bir hissəsidir;
- Turizmə təsir müsbətdir; Sərhədsiz Fanatların üçündən biri səyahətlərini yalnız stadiona getmək məqsədi ilə edirlər. Onların beşindən biri yarışda azarkeşlik etsələrdə şəhərə qısa zamanda da olsa baş çəkirlər və ya yarışa səyahətlərini məzuniyyətləri ilə eyni vaxta salırlar;
- Ümumilikdə canlı yarışlar zamanı Sərhədsiz Fanatları qəbul edən şəhərlər 4.5 milyarda yaxın gəlir əldə edirlər.
Fanatların kateqoriyaları
Məruzədə təklif edilir ki, Sərhədsiz Fanatlar üç kateqoriyaya təsnif edilsin:
Əsas fanatlar – Sərhədsiz fanatların demək olar ki üçdə iki hissəsini (60%) təşkil edirlər, onları klubun oyun fəlsəfəsi (85%) və uğuru (97%) cəlb edir.
Regional yaxınlıq fanatları – Sərhədsiz fanatların 12 % təşkil edirlıər. Bu fanatların çoxusu komandaya həmin şəhərlə əlaqələri olduqlarına görə azarkeşlik edirlər və onların 55% mütamadi olaraq klubun regionuna baş çəkir.
Ulduz pərəstişkarları – sərhədsiz fanatların 15 % təşkil edir. Onların sadiqliyi tanınmış oyunçularla və məşqçilərlə əlaqəlidir və komandaya azarkeşlikləri sevimli ulduzların hansı komandaya getməklərindən asılıdır.
Qlo-bal-laşma
Almaniyanın EBS Unversitetində İdman, Biznes və Cəmiyyət institutunun professoru olan məruzə müəllifi Sascha Schmidt Sərhədsiz Fanatların sayının çoxalması ilə bağlı üç əsas meyl qeyd etdi.
O, izah edir ki, “Birinci növbədə asan və nisbətən ucuz beynəlxalq səyahətlər sayəsində artan mobillik xarici klubların artıq əl çatmaz olmaması ilə nəticələnib. İkinci növbədə isə, odur ki, yeni media kanalları fanatlara klublar və xaricdəki digər fanatlar haqqında məlumatları əldə etmək imkanını verir , buda Sərhədsiz Fanatların klubların həyatına daha çox cəlb edilməsi deməkdir . Sonuncu isə odur ki, dünya ulduzlarına çevrilən oyunçuların və məşqçilərin çoxalması dil və mədəniyyət fərqliyi məsələsini aradan qaldıraraq müxtəlif ölkələrin fanatalarını birləşdirir.”
SON
Araşdırmaların nəticələri Almaniya EBS Məkətəbinin İdman, Biznes və Cəmiyyət İnstitutu tərəfindən aparılan tədqiqatlara əsaslanıb. Tədqiqatlar əvvəl heç araşdırılmayan və ya yalnız bir neçə dəfə araşdırılan FWB - “Sərhədsiz Fanatlar ” kimi yeni sahədə aparılıb. Gələcək empirik tədqiqatlar aparmaq üçün araşdırma zamanı diqqətimizi əsas məqamlar və ümumi tanışlığa yönəldmişik. Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya kimi əsas beş bazarı əhatə edən Eurosport qrupundan ümumilikdə 1246 nəfər adam online sorğuda iştirak edib. Bundan başqa, son iki ay ərzində xarici klubların və assosiasiyaların üzvlərindən 25 müsahibə alınıb.