“Oskar”a namizəd olan filmlər... - Siyahı

oskara-namized-olan-filmler
Oxunma sayı: 3574

Amerikanın Kino Sənəti Akademiyası “Oskar” mükafatına iddiaçıların 10 kateqoriya üzrə siyahısını təqdim edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, artıq “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasına 15 film seçilib.

Həmçinin oxuyun: Сын Васифа Талыбова проголосовал за его отставку - Видео

Mükafat üçün namizədlərin siyahısına “Navalnı” filmi də daxil edilib. Müraciət edənlər arasında Şaunak Senin “Nəfəs alan hər şey”, Marqaret Braunun “Nəsil”, Laura Poytrasın “Bütün gözəllik və qan tökülməsi” və digər filmlər yer alıb. Bunlardan isə yalnız beşi mükafata namizəd olacaq.

“Oskar” mükafatına ən yaxşı qısametrajlı sənədli film, qrim və saç düzümü, musiqi, mahnı, qısametrajlı animasiya filmi, qısametrajlı bədii film, səs kateqoriyaları üzrə də filmlərin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, 95-ci mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək.