Overçukdan Ermənistanla Azərbaycan arasında dəmiryolunun açılması barədə açıqlama

overcukdan-ermenistanla-azerbaycan-arasinda-demiryolunun-acilmasi-barede-aciqlama
Oxunma sayı: 2824

“Ermənistanla Azərbaycan arasında dəmiryolu əlaqəsinin açılması ilə bağlı sənədlər yüksək hazırlıq səviyyəsindədir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleskey Overçuk İrəvanda Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilir. O, bu xüsusda üç ölkənin Baş nazirlərinin müavinlərindən ibarət İşçi Qrupun yaradıldığını xatırladıb.