Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-si Azərbaycana rəsmi səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Özbəkistan Prezidentinin Mətbuat xidməti yayıb.
Məlumata görə, səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi kimi bir sıra məsələlər müzakirə ediləcək.
Səfər avqustun 23-nə qədər davam edəcək.